Modern.az

Qaregin, Şeyx və Kirilin birgə müraciəti: “Snayperləri cəbhə xəttindən çıxarın!”

Qaregin, Şeyx və Kirilin birgə müraciəti: “Snayperləri cəbhə xəttindən çıxarın!”

28 Noyabr 2011, 15:28

Üç dini lider Azərbaycan və Ermənistan prezidentlərinə müraciət etdi


MDB Dinlərarası Şuranın İrəvanda keçirilən konfransı çərçivəsində erməni katalikosu II Qaregin, bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və Rusiyanın patriarxı Kiril arasında üçtərəfli görüş başa çatıb. Modern.az bildirir ki, Kiril görüşün qısa və uğurlu olduğunu bildirib. “Razılaşdığımız və qəbul etdiyimiz deklarasiyanın mətni hazırlandı. Hər üç tərəf Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq olduğunu deyərək bəyan edirlər ki, münaqişə beynəlxalq hüquq prinsipləri əsasında həll edilməlidir”.

Kiril həmçinin qeyd edib ki, tərəflər ATƏT-in Minsk Qrupunu səylərini dəstəkləyiblər.
“Biz atəşkəs rejiminin dəstəklənməsinin vacibliyindən danışırıq. Biz bu gün həmçinin hərbi əsirlərin və həlak olanların cəsədlərinin qaytarılması məsələsini müzakirə etdik. Biz hər iki ölkənin rəhbərliyinə israrla müraciət edərək cəbhə xəttindən snayperlərin çıxarılamsını istəyirik”-deyən patriarx bildirib ki, onlar Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlar prosesində iştirakını dəstəkləyirlər.  

X.SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama