Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əməliyyat olunub. Bir müddət internetdə gəzən məlumatlar xəstəxana qaynaqları tərəfindən də təsdiqlənib.
Modern.az saytı “Haber7”yə istinadən bildirir ki, Baş nazir bu gün bağırsaq problemi ilə əlaqədar kiçik bir əməliyyat keçirib.
İstanbul Mərmərə Universitetinin xəstəxanasında aparılan əməliyyat müvəffəqiyyətlə başa çatıb və Baş nazirin vəziyyəti yaxşıdır.
Verilən məlumata görə, Ərdoğan bir müddət davam edən rahatsızlığının nəticəsində cümə günündən Üsküdardakı evində dincəlir.
Modern.az