Modern.az

Tiflisin meri İçərişəhərdə təzə təndir çörəyinə qonaq edilib (FOTO)

Tiflisin meri İçərişəhərdə təzə təndir çörəyinə qonaq edilib (FOTO)

28 Noyabr 2011, 18:17

Tiflis şəhərinin meri Georgi Uqulava İçərişəhərlə tanış olub. Qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş  Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qonaq Kiçik Qala küçəsində yerləşən təndirdə milli mətbəximizin nümunəsi olan təzə bişmiş təndir çörəyinin dadına baxıb.

Daha sonra nadir memarlıq incisi olan “Şirvanşahlar Sarayı Kompleksi” ndə olan Tiflis merinə Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib. Kompeksə daxil olan tikililərdən biri olan Saray binasında sərgilənən rəsmlər və tarixi əşyalar qonağın marağına səbəb olub.

Sonda Uqulava yeni bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub və burada İçərişəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama