Modern.az

Səbail rayonunun içməli su təminatında fasilələr olacaq

Səbail rayonunun içməli su təminatında fasilələr olacaq

29 Noyabr 2011, 11:12

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Səbail rayonunun Neftçilər prospektində ( Funikulyorun yaxınlığında) aparılan tikinti işləri ilə əlaqədar  magistral su xətlərinin köçürülməsi işləri həyata keçirilir. Bununla əlaqədar noyabrın 29-da gün ərzində Səbail rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama