Modern.az

Gənclər və İdman Nazirliyinin sektor müdiri Moskvada Azərbaycanı təmsil edir

Gənclər və İdman Nazirliyinin sektor müdiri Moskvada Azərbaycanı təmsil edir

29 Noyabr 2011, 11:16

MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF-u ) 2012-ci il Fəaliyyət Proqramına daxil edilməsi  üçün üzv ölkələr tərəfindən təqdim olunan layihələrin müzakirəsi və seçiminin həyata keçirilməsi prossesi Rusiya Federasiyasının Moskva şəhərində 28 noyabr tarixində start götürən Beynəlxalq Ekspert komissiyasının növbəti iclasına aparılır.

İclasda təhsil, mədəniyyət, gənclər, informasiya, kitabxana, kitab nəşriyyatı və s mövzular müzakirə olunur.

Tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri İndira Hacıyeva iştirak edir.

Tədbir bu gün öz işinə yekun vurur.

Qeyd edək ki, MDB ölkələri Dövlət Başçıları Şurasının müvafiq qərarına əsasən 2012-ci il MDB məkanında “İdman və Sağlam Həyat Tərzi İli” elan olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama