Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia ərisəzinə baxış keçirilib. Vüsalə Baxışovanın sədrliyilə keçirilən iclasda AİP-in iddia ərizəsi əsassız hesab olunaraq, şikayət təmin edilmədən, işə baxılmamış xitam verilib.
Qeyd edək ki, oktyabrın 26-da AİP 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə BŞİH-ə qarşı iddia ərizəsi ilə müraciət etmişdi.
İddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanır, bu qurumdan partiyaya 5000 manat təzminat tutulması və meriyadan aksiya üçün münasib yerin ayrılması tələb olunurdu.
Modern.az