Modern.az

"Eurovision-2012"nin milli seçim turu - bu gün nələr olacaq?

"Eurovision-2012"nin milli seçim turu - bu gün nələr olacaq?

29 Noyabr 2011, 13:07

Noyabrın 28-dən etibarən İctimai Televiziyanın efirində "Eurovision-2012" Mahnı Müsabiqəsinin Milli seçim turu başlayıb. 

Ötən gün ilk həftənin iştirakçıları çıxış edib. 9 nəfər-Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova  və Səmra Rəhimli ilk çıxışlarında beynəlxalq estradadan hitlər ifa edib.   

Bu gün isə qeyd olunan 9 nəfər Azərbaycan musiqisi  ifa edərək performanslarını təqdim edəcəklər. Yarışmanın ikinci günü 21.00-da İctimai TV ilə canlı yayımlanacaq. 

Xatırladaq ki, milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək. 

İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstərəcəklər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. 

Modern.az
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama