Millət vəkili, tanınmış tarixçi alim, professor Musa Qasımlı Sumqayıtda bir sıra görüşlər keçirib. Deputatın köməkçisi Tural Qəmbərovun Modern.az-a verdiyi məlumata görə, 41, 45, 65 saylı uşaq bağçalarında tərbiyəçilərlə, 27, 29, 37 saylı məktəblərdə və 3 saylı musiqi məktəbində müəllimlərlə görüşən millət vəkili onların suallarını ətraflı cavablandırıb.
M.Qasımlı həmçinin 1-4-cü siniflərə də baş çəkib. Görüşlərdə ali məktəblərə qəbul olanlar içərisində sumqayıtlıların xüsusi yerinin olduğu vurğulanıb.