Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatda bildirilib ki, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və axşam buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, səhər mülayimləşəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Noyabrın 30-da rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.
Hava şəraitinin qısa icmalına gəlincə isə noyabrın 30-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 1-də havanın qısa müddətə dəyişiləcəyi, yağıntılı olacağı, ayrı-ayrı rayonlarda sulu qar, dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir.
Modern.az