Noyabrın 30-da, saat 13:00-da Dövlət Neft Şirkətində (ARDNŞ) baş ofisində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Modern.az AFFA-ya istinadən bildirir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının baş məşqçisinin müzakirəsi
2. «İnter» PİK-in «Şəfa» stadionu ilə bağlı müraciətinin müzakirəsi
3. Digər məsələlər
Qapalı keçirilən iclasda qəbul olunan qərarlar toplantıdan sonra ictimaiyyətə açıqlanacaq.
Modern.az