“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az saytına verilən məlumata görə, əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirilir.
Həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin Mətbuat prospektindən M.Müşfiq küçəsinə qədər çəkilmiş magistral kəmərə qoşulması işləri aparılır. Bununla əlaqədar noyabrın 30-u və dekabrın 1-də Bakının Yasamal, həmçinin Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.
Modern.az