Modern.az

Səlim Müslümov macar həmkarı ilə Memorandum imzalayıb

Səlim Müslümov macar həmkarı ilə Memorandum imzalayıb

30 Noyabr 2011, 15:17

27-30 noyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin Baş direktoru Yozef Mezaroşun (Jozsef Meszaros) dəvəti əsasında Macarıstanda səfərdə olub.

Səfər çərçivəsində Səlim Müslümovun Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin Baş direktoru Yozef Mezaroşla, Mərkəzi Pensiya Hesablanması və İnformasiya İdarəsinin Direktoru Molnar Marta və Macarıstan Maliyyə Nəzarət İdarəsinin baş müşaviri Yozef Banyar (Jozsef Banyar) ilə görüşləri keçirilib.

Görüşlər zamanı iki ölkənin pensiya təminatı və sosial sığorta sistemləri ətraflı müzakirə edilib, fikir və məlumat mübadiləsi aparılıb, ekspertlər səviyyəsində danışıqlar keçirilib.

Səfərin sonunda  Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Səfər çərçivəsində Səlim Müslümovla Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nad (Roza Nagy) arasında görüş keçirilib. Görüş zamanı sosial müdafiə sahəsində əməkdaşlığın ümumi iqtisadi əlaqələrin mühüm bir hissəsi olduğu vurğulanmış, bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyi bildirilib. Həmçinin Azərbaycan və Macarıstan arasında sosial sığorta və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin yaxın gələcəkdə imzalanması üçün hazırlanması barədə ilkin razılıq əldə olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama