Modern.az

Strateji marketinq üzrə məşhur sima Cek Traut Azərbaycana gəldi

Strateji marketinq üzrə məşhur sima Cek Traut Azərbaycana gəldi

1 Dekabr 2011, 11:35

Azercell 15 illiyi münasibətilə biznes ictimaiyyətinə möhtəşəm hədiyyə etdi

1 dekabr 2011, Bakı: Dünyanın ən nüfuzlu marketinq strateqlərindən sayılan Cek Traut Azercell şirkətinin dəvəti ilə Azərbaycana gəlib. Məşhur “Bazar mövqeləndirməsi” nəzəriyyəsinin yaradıcısı olan Trautun iştirakı ilə noyabrın 30-da Bakıda geniş konfrans təşkil edildi.

Cek Traut bu dəfə öz biliklərini azərbaycanlı iş adamları, şirkət rəhbərləri qarşısında açıqladı. Seminar zamanı dünyanın ən tanınmış marketinq bilicisi Cek Traut “Bütün dünya üzrə bazar mövqeləndirməsi” mövzusunda master-klass keçirdi. Seminarın sual-cavab bölməsində iştirakçılar 40 illik təcrübəsi olan, müasir dövrün ən rəqabətli bazarlarında məsləhətçi işləyən ekspertlə birbaşa təmas yaratmaq imkanı qazandılar.

Cek Traut dünyanın 30-dan çox ölkəsində nümayəndəliyi olan «Trout&Partners» konsaltinq şirkətinin banisi və prezidentidir. Bu qurum Fortune Global 500 siyahısına daxil olan 80-dək şirkətə xidmət göstərir. Onların arasında Microsoft, AT&T,  Burger King, Holiday İnn, Master Card, İntel, İBM, Paramount, Volvo Auto, Procter & Gamble və digərləri var.

Həmçinin ABŞ Dövlət Departamenti üçün “USA” brendinin hazırlanması üzrə məsləhətçi qismində iştirak edən Traut son seçkilər zamanı Barak Obama və ABŞ Demokratik Partiyası ilə də işləyib.  

Marketinqin dahisi sayılan C.Traut 20-dən çox əsərin müəllifidir. Onun imzası ilə çıxan hər yeni kitab uzun müddət biznes ədəbiyyatı üzrə bestsellerlər sırasında qalır.

Konfransın mümkün qədər çox insan tərəfindən izlənməsini təmin etmək üçün Azercell şirkətinin təşəbbüsü ilə tədbir canlı olaraq www.1news.az saytı ilə yayımlandı.

Azərbaycanda ilk dəfədir ki, bu cür məşhur marketinq ustasının iştirakı ilə tədbir həyata keçirildi. Artıq neçə illərdir ki, öz ad günündə hədiyyə almaq əvəzinə sürprizlər təşkil edən  Azercell bu dəfə 15 illik yubileyi ilə əlaqədar belə unikal toplantı təşkil etdi. Cek Trautun azərbaycanlı iş adamları qarşısında çıxışı bütövlükdə yerli biznes ictimaiyyətinə şirkət tərəfindən möhtəşəm və gözlənilməz bir hədiyyə kimi qiymətləndirilə bilər.

Diqqətinizə çatdıraq ki, tədbirin təşkil edilməsi və yayımında Hilton Baku oteli və 1news.az informasiya portalı yaxından iştirak etdi.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama