Modern.az

Azərbaycanın peşəkar boksçular komandası: “Fransızları məğlub etməyə gedirik” (MÜSAHİBƏ)

Azərbaycanın peşəkar boksçular komandası: “Fransızları məğlub etməyə gedirik” (MÜSAHİBƏ)

1 Dekabr 2011, 12:01


Dekabrın 2-də Parisin Pyer de Kuberten İdman Sarayında Ümumdünya Boks Seriyasının (WSB) 3-ci turunda Fransanın Paris United və Azərbaycanın Baku Fires komandaları qarşılaşacaq. Gorüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Komandaların heyətləri artıq məlumdur:

Paris United - Baku Fires

54 kq. Aleksandr Rıskan (Moldova) – Qairbek Qermaxanov (Azərbaycan)

61 kq. Lyubomir Maryanoviç (Serbiya) – Mədadi Naqzibəyov (Tacikistan)

73 kq. Mişel Tavares (Fransa)  – Heybulla Mürsəlov (Azərbaycan)

85 kq. Jorj Mayer (Fransa) – Azamat Murtuzəliyev (Azərbaycan)

+91 kq. Filip Xrqoviç (Xorvatiya) - Hacı Murtuzəliyev (Azərbaycan)

Baku Fires Parisə noyabrın 29-da yola düşüb.

***

İki turdan sonra Baku Fires 6 xal toplayıb və “B” qrupunda 2-ci yerdə qərarlaşır. Paris United 3 xalla 4-cü pillədədir.

Turnir cədvəli:

  1. Leipzig Leopards – 6 xal, döyüşlərin fərqi - 9-1
  2. Baku Fires – 6, 8-2
  3. Mexico City Guerreros – 3, 5-4
  4. Paris United – 3, 3-6
  5. Istanbul Bosphorus – 2, 4-6
  6. Beijing Dragons – 0, 0-10

***

Modern
.az Baku Fires klubunun baş meneceri Rizvan Gənciyev və komandanın baş məşqçisi Həmzət Ağayevin müsahibələrini təqdim edir  

Rizvan Gənciyev: “Parisə qələbə üçün gəlmişik 

 İlk iki matçda Baku Fires komandası Sizdə hansı təəssüratları oyatdı?

 - Wuxi Dragons və Istanbul Bosphorus komandaları ilə qarşılaşmalarda boksçularımız kifayət qədər yaxşı çıxış etdilər. Sevindirici haldır ki, qalib gəldik. Komandamızın nəzərə çarpacaq dərəcədə yeniləndiyini nəzərə alsaq, bu çox yaxşı nəticədir. Türkiyə komandası üzərində səfərdə qazanılan qələbə xüsusilə sevindirici oldu. Axı evdə “doğma divarlar” amili komandaya kömək edir. Düşünürəm ki, Baku Fires-ın boksçuları matçdan-matça artıracaqlar.

 - Dekabrın 2-də Baku Fires-ı ötən mövsüm yarımfinalda məğlub olduğumuz fransız komandası Paris United-lə prinsipial görüş gözləyir

 - Çox istəyirik ki, Parisdə qalib gələk. Paris United çox güclü klubdur, azarkeşlərinin əhatəsində fransızlara qalib gəlmək çox çətindir. Lakin biz uğur qazanmağa çalışacağıq. Parisə qələbə üçün gəlmişik.

 - Baku Fires və Leipzig Leopards (Almaniya) komandalarının yüzfaizlik nəticə göstərdiyi “B” qrupunda vəziyyəti ümumilikdə necə qiymətləndirərdiniz?

 - Açığını desəm, Leipzig Leopards bizim üçün müəmmalı komandadır. Biz bu komandanı iş başında hələ görməmişik. Lakin almanların startda qazandıqları iki qələbə çox şeydən xəbər verir. Mexico City Guerreros komandası da çox güclüdür. Latın Amerikalı boksçular 2-ci turda fransızlar üzərində boş yerə inamlı qələbə qazanmayıblar. Odur ki, bizim qrupumuzda vəziyyət çətin mübarizə vəd edir.

 - Dekabrın 20-dən yanvarın 1-dək WSB-də “transfer pəncərəsi” açıq olacaq. Baku Fires güclənməyi planlaşdırırmı?

 - Bəli, əlbəttə. Bizim sıralarımızı çox güman ki, azərbaycanlı boksçularla yanaşı xarici boksçular da tamamlayacaq. Yerli boksçuları dekabrda keçiriləcək Azərbaycan çempionatı zamanı izləyəcəyik. Xaricilərə gəldikdə isə, onlar da bizə lazımdırlar, çünki WSB-nin əsasnaməsi bunu tələb edir. Hər matçda ən azı bir legioner iştirak etməlidir. Bundan əlavə, əgər komandada boksçuların ümumi sayı artırsa, o zaman  xaricilərin də sayı artmalıdır.

 - Hansı ölkələrin legionerləri ilə danışıqlar aparırsınız?

 - Postsovet məkanı ölkələrdən olan boksçularla.

***

 Həmzət Ağayev: “Məcidov və Migitinovu yanvardan komandamızda görməyə ümid edirik”

 - Baku Fires WSB-nın  ilk iki matçında qələbə qazandı. Wuxi Dragons və Istanbul Bosphorusla qarşılaşmaları haqqında nə deyə bilərsiniz?

 - Qalib gəlmək həmişə xoşdur. Turnirin əvvəlində belə arzuolunan nəticə əldə edə bilməyimiz bizi sevindirir. Çinlilərə qalib gəldiyimiz matçda hesab fərqi lap böyük oldu - 5:0, lakin bu o demək deyil ki, Wuxi Dragons zəif komandadır. Bu klubda güclü boksçular var və çox yaxında digər komandalar da buna əmin olacaqlar. İstanbulda keçirilən matça gəldikdə isə, səfərdə qələbə qazanmaq elə də asan iş deyil. Buna da nail olduğumuza şadam. Komandaya yeni gələnlər bizi sevindirsələr də, heyətimizin tərkibi yenə də tamamlanmamış olaraq qalır.   

 - İlk növbədə hansı çəki dərəcələrin gücləndirilməsinə ehtiyac var?

 - Ağır çəkilər – 85 kq-a qədər və 91 kq-dan yuxarı. Gərək bu dərəcələrin hər birində heç olmasa bir boksçu götürək, yoxsa boksçulardan kimsə zədə alsa, ehtiyat idmançımız olmayacaq. 

 - Baku Fires-ın boksçularından hansını ilk iki matçın nəticələrinə görə fərqləndirmək olar?

 - Texniki nokautla qələbə qazanan Qairbek Qermaxanovun adını xüsusilə vurğulamaq istərdim. Azamat Murtuzəliyevi də qeyd etmək lazımdır. Türkiyədəki matça qədər o, xəstə idi və qələbə qazanacağına elə də güclü inamımız yox idi. Lakin Azamat şücaət nümayiş etdirdi və qələbəyə nail ola bildi.  

 - Paris United ilə matçda revanş şanslarımızı necə qiymətləndirirsiniz?

 - Ötənilki məğlubiyyətimizi unutmamışıq. Düşünürəm ki, fransızlar da həmin qarşıdurmanı xatırlayırlar. Onlar qələbəni təsadüfən qazanmadıqlarını sübuta yetirməyə səy göstərəcəklər. Lakin biz isə əksinə, dünyaya onlardan güclü olduğumuzu nümayiş etdirmək niyyətindəyik. Hər iki komanda xüsusi döyüş əhval-ruhiyyəsində olacaq.

 -2012-ci il Olimpiadasının gələcək iştirakçıları Məhəmmədrəsul Məcidov və Soltan Migitinovun adları Baku Fires-ın heyətinə daxil edilsə də, onlar hələ çıxış etmirlər. Bu boksçularınWSB rinqinə nə vaxt çıxacaqları gözlənilir?

 -Düşünürəm ki, Yeni ildən sonra. İndi bu boksçular Olimpiadanın iştirakçıları kimi, xüsusi proqram üzrə hazırlıq keçirlər. Soltan Surqutda keçirilən turnirdə iştirak etdi, Maqomedrəsula isə istirahət üçün vaxt verildi. O, məlum olduğu kimi, dünyanən ən güclü boksçusu hesab olunur, bununla əlaqədar olaraq da onu müxtəlif beynəlxalq tədbirlərə dəvət edirlər. Lakin yanvardan etibarən onların hər ikisini komandamızda görməyə ümid edirik.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama