Modern.az

Üç partiya işçi qrupu yaradır

Üç partiya işçi qrupu yaradır

1 Dekabr 2011, 15:01

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında görüş keçirilib.
VİP mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qeyd olunan partiya sədrlərinin görüşündə ölkədəki ümumi vəziyyət və müxalifət qüvvələrinin inteqrasiya prosesi çərçivəsində KXCP, VİP və ALP-nin bir araya gəlmək məsələləri müzakirə olunub.

Danışıqların gedişində bu üç partiyanın təmsil olunacağı təsisastın formalaşdırılması ilə bağlı məsələlərin müzakirəsi və həlli məqsədi ilə ALP, KXCP və VİP təmsilçilərindən ibarət İşçi Qrupunun yaradılması qərara alınıb. Qərara əsasən, sözügedən partiyalar qarşıdakı günlərdə İşçi Qrupunda fəaliyyət göstərəcək nümayəndələrini müəyyənləşdirib təqdim edəcəklər. KXCP, VİP və ALP sədrləri müxalifətin geniş spektrli əməkdaşlıq variantlarını da nəzərdən keçiriblər.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama