Modern.az

Qırğızıstanın yeni prezidenti and içib

Qırğızıstanın yeni prezidenti and içib

1 Dekabr 2011, 16:51

Dekabrın 1-də Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında bu ölkənin yeni seçilmiş prezdenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak edib.
Modern.az AzərTAc-a istinadən bildirir ki, Türkiyə və Gürcüstan prezidentləri Abdullah Gül və Mixail Saakaşvilinin, Qazaxıstanın və Tacikistanın Baş nazirləri Kərim Məsimov və Akil Akilovun, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin, Belarusun, Türkmənistanın və bir sıra digər dövlətlərin yüksək vəzifəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə Qırğızıstan Prezidenti Roza Otunbayeva yeni seçilmiş dövlət başçısı Almazbek Atambayevi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tuyqunalı Abraimov Almazbek Atambayevin Qırğızıstan Prezidenti seçilməsi haqqında MSK-nın qərarını oxuyub, dövlət başçısını təbrik edib. MSK-nın sədri demişdir ki, Almazbek Atambayev oktyabrın 30-da keçirilən prezident seçkilərində seçicilərin 62,52 faizinin səsini qazanb.
Sonra o Prezident vəsiqəsi, döş nişanı və ştandartı dövlət başçısına təqdim edib.
Yeni dövlət başçısı Almazbek Atambayev çıxış edərək, ona etimad göstərdiklərinə görə Qırğızıstanda yaşayan xalqlara minnətdarlığını bildirib. Prezident deyib ki, bu gündən Qırğızıstanın yeni tarixi başlayır, xalqımız sabitlik və birliyi seçmişdir.
Almazbek Atambayev deybi: “Allah və xalq qarşısında and içirəm ki, dövlət başçısı kimi mənim üzərimə düşən vəzifələri ədalətlə yerinə yetirəcəyəm. Mən hər bir insanın və vətəndaşın hüquqlarını müdafiə edəcək, demokratik prinsipləri, xalqın birliyi və təhlükəsizliyini qoruyacağam”.
Sonra Prezident Ağ Evin qarşısına gəlib, Ali Baş Komandan kimi Milli Qvardiyanın hərbi paradını qəbul edib.
Bununla da Qırğızıstan Prezidentinin andiçmə mərasimi başa çatıb, dövlət başçısı rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Almazbek Atambayev 1980-ci ildə Moskva İdarəetmə İnstitutunu bitirib, Qırğızıstanda müxtəlif vəzifələrdə işləyib, iki dəfə Baş nazir olub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama