Modern.az

Avropalı gənclər bakılı həmyaşıdları ilə “Egoist” otelinə toplaşıb

Avropalı gənclər bakılı həmyaşıdları ilə “Egoist” otelinə toplaşıb

2 Dekabr 2011, 13:48

Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumu ilə birlikdə dekabr ayının 2-dən 4-dək “Şərqi Avropa və Qafqaz ölkələri üzrə layihə qrupunun” görüşünü keçirir. Görüş “Egoist” otelində keçirilir. Görüşdə 10 ölkədən 13 nümayəndə iştirak edir. Litva, Almaniya, Finlandiya, Hollandiya, Moldova, Azərbaycan, Belçika, Belorusiya, Polşa və Rusiyadan olan nümayəndələr Şərqi Avropa və Qafqaz ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı layihələr mövzusunda müzakirələr aparır. Əsas məqsədlərdən biri də müxtəlif ölkələrin gənclərinin bir araya toplanması və öz ölkələrindəki təcrübənin mübadiləsini aparmaqdır.

Qeyd edək ki, Avropa Gənclər Forumunun tam hüquqlu üzvü olan ARGTMŞ Forumla ikitərəfli əməkdaşlıq edir və müxtəlif layihələr həyata keçirir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama