Modern.az

Maliyyə Nazirliyinin rəsmi internet səhifəsi yeni dizaynda istifadəyə verilib

Maliyyə Nazirliyinin rəsmi internet səhifəsi yeni dizaynda istifadəyə verilib

2 Dekabr 2011, 16:58

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsi- www.maliyye.gov.az səhifəsi yeni dizaynda istifadəçilərin ixtiyarına verilib. Təkmilləşdirilmiş strukturda yenidən istifadəyə verilən saytda ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə xüsusi diqqət yetirilir.
İctimaiyyəti dövlət büdcəsinin tərtibi və icrası barədə ətraflı məlumatlandırmaq üçün saytda yeni bölmələr açılıb.

Saytda Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlir və xərcləri, yerli gəlir və xərcləri, büdcənin tərtibi prosesinin təqvimi, o cümlədən büdcə qanunları barədə geniş məlumat verilir, büdcənin gəlir və xərc hissəsinin yerinə yetirilməsi ilə bağlı operativ məlumatlar yerləşdirilib.
Bundan başqa, yeni saytda “Qaynar xətt”, “Məktub yazmaq” kimi bölmələr də fəaliyyət göstərir. Ənənəvi rublikalarla yanaşı, saytda Nazirlik və struktura daxil olan qrumlarla bağlı xəbərlər və press-relizlər mütəmadi olaraq təqdim olunur.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama