Modern.az

İraq Strateji Araşdırmalar Mərkəzində görüş keçirilib

İraq Strateji Araşdırmalar Mərkəzində görüş keçirilib

2 Dekabr 2011, 20:43

İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü,  millət vəkili Qənirə Paşayeva və millət vəkili Etibar Hüseynov Bağdad şəhərində keçirlən  “İraqın demokratik seçimi. Gələcəyə baxış” adlı beynəlxalq konfrans çərçıvəsində  tədbirin təşkilatçısı olan İraq Stratejı Araşdırmalar Mərkəzinin rəhbəri Vatıq El Haşimi ilə görüşüb. Görüş zamanı Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. İraq Stratejı Araşdırmalar Mərkəzinin rəhbəri Vatıq El  Haşimi görüş zamanı Azərbaycanla  münasibətlərin inkişafında maraqlı olduqlarını deyiblər. Millət vəkilləri  Qənirə Paşayeva və Etibar Hüseynov  da  Azərbaycanın  İraqla bütün sahələrdə münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildiriblər.

Millət vəkili Qənirə Paşayeva görüşdə  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi, bu istiqamətdə son vəziyyət barədə məlumat verib və  Mərkəzə Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib.  Millət vəkilləri Qənirə Paşayeva və Etibar Hüseynov  İraq Stratejı Araşdırmalar Mərkəzinin rəhbəri Vatıq El  Haşimi Azərbaycana dəvət ediblər.      M

illət vəkili Qənirə Paşayeva Bağdad Universitetinin vitse-prezidenti, professor Riyadh Aziz Hadi ilə də gorüşüb. Azərbaycan və İraqın tarixən bir-birinə dost  ölkələr olduğunu deyən professor Riyadh Aziz Hadi Azərbaycan universitetləri ilə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib. Bunun cox önəmli olduğunu deyən millət vəkili Qənirə Paşayeva  Bağdad Universitetinin vitse-prezidenti, professor Riyadh Aziz Hadiyə Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumatlar verib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Professor Riyadh Aziz  Hadini Azərbaycana dəvət edən millət vəkili Qənirə Paşayeva Bağdad Universitetinə  Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama