Modern.az

Prezident Aeroportda tikilən yeni aerovağzal kompleksində olub

Prezident Aeroportda tikilən yeni aerovağzal kompleksində olub

Təhsil

3 Dekabr 2011, 15:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub, mövcud aerovağzal binasının fasadında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxıb, yeni gətirilmiş EVROCOPTER EC-135 tipli helikopterlərə baxış keçirib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirib ki, yeni aerovağzal kompleksi layihəsinin həyata keçirilməsi sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəldəcək, təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartları səviyyəsinə qaldıracaq. Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzal binasının fasadında da əsaslı bərpa və yenidənqurma işləri aparılır.

Dövlət başçısı burada həyata keçirilən yenidənqurma işləri ilə də tanış olub. Prezidentə bildirilib ki, mövcud binanın fasadı ən müasir standartlara cavab verən üzlüklərlə yenidən qurulacaq. Prezident Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin və mövcud binada görülən bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verib.
 
Sonra dövlət başçısı yeni gətirilmiş EVROCOPTER EC-135 tipli təcili yardım helikopterlərinə baxış keçirib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov helikopterlərin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildib ki, fövqəladə hallar şəraitində xilasetmə əməliyyatları zamanı istifadə olunacaq yeni helikopterlər ən müasir təcili tibbi yardım avadanlığı ilə təchiz olunub. İstənilən coğrafi şəraitdə qalxıb-enməyi asanlıqla həyata keçirən bu helikopterlər xüsusi ilə də dənizə enmə imkanlarına da malikdir. Dənizdə baş verə biləcək hər hansı fövqəladə vəziyyət zamanı bu helikopterlər asanlıqla suya enərək, lazımi təcili tibbi yardım və xilasetmə tədbirlərini həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev təcili yardım helikopterləri ilə yaxından tanış olub.
 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama