Modern.az

Bakıda "Şəhidlər ölməz, Vətən bölünməz" aksiyası keçirilib

Bakıda "Şəhidlər ölməz, Vətən bölünməz" aksiyası keçirilib

3 Dekabr 2011, 18:13

Bu gün günorta radələrində 50-dən artıq gənc paytaxtın mərkəzində, Fəvvarələr meydanında aksiya keçiriblər. Bu barədə musavat.com məlumat yayıb. Aksiyaçıların əsas şüarı "Şəhidlər ölməz, Vətən bölünməz" olan aksiyaya Müsavat, AXCP üzvü olan gənclər, eləcə də müstəqil gənc fəallar qatılıblar.

Əllərində yuxarıdakı məzmunda şüarlar və şəhidlərimizin şəkillərini tutan aksiya iştirakçıları bir neçə şüar səsləndirdikdən sonra polislər onlara müdaxilə edib, aksiyanı dağıdıb. Saxlanılanlar olub.

P.S. Saxlanılanlar arasında “Yeni Müsvat” qəzetinin əməkdaşı da olub və o, sonradan azad buraxılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama