İranla Amerika arasında münasibətləri gərginləşdirən növbəti hadisə baş verib. Belə ki, İran ordusunun ABŞ-a məxsus bir pilotsuz təyyarəni vurduğu iddia edilir.
Modern.az xəbər verir ki, İranın ərəbcə yayımlanan Əl Aləm dövlət televiziyasının yaydığı məlumata görə, ABŞ-a məxsus RQ-170 tipli pilotsuz hava gəmisi İran Silahlı Qüvvətləri tərəfindən vurularaq düşürülüb.
Adı açıqlanmayan iranlı hərbçidən alınan məlumata görə, casus təyyarə İranın hava sahəsinə icazəsiz daxil olduğu üçün ölkənin şərqində vurulub.
Məlumata görə, yerə düşürülən təyyarə İran Silahlı Qüvvələri tərəfindən ələ keçirilib. Təyyarənin nə vaxt vurulduğu haqqında ətraflı məlumat verilmir.
RQ-170 tipi pilotsuz təyyarə son texnologiyadan istifadə edilərək hazırlanır və ən yeni casus təyyarə olaraq bilinir. Varlığından 2009-cu ildən bəri danışılan bu təyyarə ABŞ Hava Qüvvələri tərəfindən 2010-cu ilə qədər rəsmi olaraq tanıdılmırdı.
Modern.az