“Milli Məclisin payız sessiyasında “Diffomasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılmayacaq”.
Bu barədə Modern.az saytına məlumat verən millət vəkili Fazil Mustafa bildirib ki, “Diffomasiya haqqında” qanun layihəsi Milli Məclisin payız sesiyasının iş planına salınmayıb.
“İş planında yoxdusa, xüsusi bir zərurət tələb etmirsə, hansısa qanun müzakirəyə çıxarılmır. Ona görə də bu qanunun müzakirə olması ehtimalı azdır”.
F.Mustafa bildirib ki, jurnalistlərin böhtan və təhqir məsələlərinə görə həbs olunması məsələsinin qaldırılması vacibdir. Onun sözlərinə görə, bunun üçün başqa formalardan istifadə etmək daha doğru olar.
“Mənim bu qanunun qəbul olunmasına münasibətim müsbətdir. Hər halda müzakirəyə çıxarılsa, müəyyən məsələlər istisna olmaqla bu qanuna dəstək verəcəm”-deyə F.Mustafa bildirib.
Sədaqət SÜLEYMANOVA