Modern.az

Ədalət Partiyası bəyanat verdi: “Onlar bu yalanı Göbbels sayağı təkrar edirlər...”

Ədalət Partiyası bəyanat verdi: “Onlar bu yalanı Göbbels sayağı təkrar edirlər...”

Təhsil

5 Dekabr 2011, 17:01

Ədalət Partiyası son vaxtlar Avropanın bir sıra ölkələrində uydurma “erməni soyqırımı” ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi ilə bağlı bəyanat yayıb. Modern.az bəyanatı təqdim edir:

"Erməni millətçiləri tarixdə olmayan «erməni genosidini» milli ideologiyalarına çevirib, bu yalanı Göbbels sayağı təkrar edərək, həm özləri inanır və həm də başqalarını da buna inandırmağa çalışaraq, onu bir kabus kimi dünyada gəzdirirlər. Türkiyəni zəiflətmək istəyən qüvvələr də bundan təsir vasitəsi, hədə kimi istifadə edirlər.
Belə ki, bu il noyabrın 24-də Slovakiya parlamenti Osmanlı imperiyasında «erməni genosidi»nin inkar edilməsini cinayət hesab etmək haqqında qanun qəbul etmişdir. Bu qanuna görə, Osmanlı Türkiyəsində «erməni genosidi»nin olmasını inkar edən hər bir Slovakiya vətəndaşı, hansı ölkədə olmasından asılı olmayaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəkdir.
Bundan əlavə, noyabrın 21-də Fransa Senatının üzvü, Sosialist partiyasının nümayəndəsi Filip Kaltenbax «erməni genosidinin» inkar edilməsini cinayət elan edən qanun layihəsini Senatın gündəliyinə təqdim etmişdir. Baxmayaraq ki, bu ilin mayında Senat bu məsələni müzakirə etmiş 196 səs əleyhinə və 74 səs lehinə olaraq layihə qəbul edilməmişdi.
Bütün bunları qeyd edərək, Ədalət Partiyası bildirir ki, “tanınma” prosesi davam etdikcə, bəzi parlamentlərin üzvlərinin hələ də ikili standartlardan əl çəkə bilmədikləri, dünya tarixinin əsas məqamlarından xəbərsiz olduqları görünür. İki əsr ərərbləri qətlə yetirən Fransa, Birinci Dünya Müharibəsi zamanı Türk dövlətinə qarşı qiyam qaldıran ermənilərin Anadoludan köçürülməsini indi “genosid” adlandırır! Ermənistanı kifayət qədər yaxşı tanımayan Slovakiya türklərə qarşı belə gülünc qanunlar qəbul edir.
Ədalət Partiyası hesab edir ki, bunlar çox dəhşətli hallardır. Bizə insan hüquqlarından, demokratiyadan, tolerantlıqdan dərs vermək iddiasında olan Avropa feodal orta əsrlərdə olduğu kimi, insanı fikrə, düşüncəyə görə təqib etmək yolunu tutub.
 Türkiyənin bütün arxivlərini açaraq, dünya tarixçilərini araşdırmalar aparmağa dəvət etməsinə baxmayaraq, Ermənistan da daxil olmaqla heç bir dövlət buna reaksiya vermir. Lakin bəzi Avropa ölkələrinin parlamentləri onlardan minlərlə kilometr aralıda 100 il əvvəl baş verən hadisələrə “siyasi qiymət verir”, öz vətəndaşlarını cinayət məsuliyyəti altına sürükləyir!
Ədalət Partiyası hesab edir ki, bu məsələyə sistemli yanaşılmalı, BMT və ya Avropa Şurası vasitəsi ilə bu təşkilatlara üzv olan ölkə parlamentlərinə müvafiq tövsiyyələr verilməli, obyektiv tarixi qiymət verilməyən hadisələrə siyasi və hüquqi qiymətlərin verilməsini dayandırmaq məsləhət görülməlidir”.        

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama