Modern.az

ADP İdarə Heyətinin toplantısında nələr müzakirə olundu?

ADP İdarə Heyətinin toplantısında nələr müzakirə olundu?

5 Dekabr 2011, 17:36

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan Modern.az-a verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə cərəyan edən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Idarə heyəti üzvləri ilk növbədə keçən həftə  böyük Britaniyanın İranda yerləşən səfirliyinə adı çəkilən ölkənin bir qrup sakinləri tərəfindən edilən  basqın  faktını qətiyyətlə pisləyib və arzu olunmaz bu hadisənin son zamanlar İran və qərb arasında yaşanan problemlərə yeni təkan verə biləcəyindən,  bundan dolayı İranın hərbi konfliktlərə cəlb edilməsi ehtimalından narahat olduğunu bildirirb. Bunu ölkələrarası münasibətlərin pozulmasına yönələn  hərəkətlərin yol verilməz olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti üzvləri Transparencu international beynəlxalq təşkilatının  dərc etdiyi hesabatında korrupsiya göstəricisinə görə Azərbaycanın 183 ölkə arasında adının hallandırılması və korrupsiya faktına görə Cənubi Qafqazın digər ölkələrindən önə çıxması faktından narahat olduğunu bildirib və bu faktın arxasında rejimin öz mahiyyətindən irəli gələn məsələlərlə yanaşı antikorrupsiya komissiyasının yarıtmaz fəaliyyəti, bu sahədə şəffaflığın təmin edilməməsi  faktlarının durduğunu qeyd edib və korrupsiyaya qarşı mübarizə komissiyasının tərkibinə qeyri hökumət təşkilatları və siyasi partiyaların nümayəndələrini   cəlb etməklə  effektli nəticələr əldə edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

İdarə Heyəti üzvləri son vaxtlar Azərbaycan və NATO arasında əlaqələrin zəiflədilməsi, Azərbaycanın bu alyansa inteqrasiyasına vəsilə olan Sülh Naminə Əməkdaşlıq və Fərdi Əməkdaşlıq Proqramları kimi layihələrdə məhdud iştirak etməsi faktının arzu olunmaz olduğunu bildirib.
Partiya yetkililəri NATO ilə əlaqələrin zəiflədilməsinin eyni zamandan Azərbaycanın Avropa Birliyi və Avropa Şurası ilə də əlaqələrinə mənfi təsir göstərməsindən, bu qrumun əsas dövlətlərindən biri olan Türkiyə ilə əməkdaşlığımızın zəiflənmə ehtimalından və alyansla əlaqələrini daha geniş spektrlərdə qurmaqla nüfuzunu daha da artıran  Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycanın regiondakı mövqeyinin getdigcə zəifləməsi faktından narahat olduğnunu bildirib və hakimiyyəti NATO-ya inteqrasiya istiqamətində ciddi addımlar atmağa çağırıb. ATƏT-in Minsk qrupunun sədrlərinin keçən həftə regiona səfərinin nəticələrinə münasibət bildirən İdarə Heyəti üzvləri bu cür səfərlərin yalnız protokol xarakterli olduğunu bildirib və bu qrumun  yarıtmaz fəaliyyəti ucbatından Qarabağ problminin həllində heç bir müsbət  irəliləyiş olmamasını diqqətə çatdırıb.

İdarə Heyəti üzvləri Rusiyada keçirilən son Parlament seçkilərinə münasibət bildirib və bu ölkədə keşirilən seçkilərin  antidemokratik şəraitdə keçirildiyini, seçki prosesində total saxtakarlıqlara yol verildiyini qeyd edib və bu ölkədə yaşnan demokratik geriləmələrin onun təsir dairəsinə aldığı olkələrdən yan keçməyəcəyini diqqətə şatdırıb.

 Ölkədə keşirlən bələdiyyə seçkilərinə münasibət bildirən İdarə Heyəti üzvləri bu seçkilərin də keçən seçkilərdə olduğu kimi formal xarakter daşıdığını, seçkilərin antidemokratik və rəqabət olmadan keçirilməsini, xalqın seçkilərdə iştirakının minumum həddə endirilməsini və bu seçkilərin artıq siyasi mahiyyət kəsb etmədiyini bildirib və hakimiyyəti ölkədə normal demokratik və xalq etimadına layiq olan seçkilər keçirilməsi üçün ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti üüzvləri Gənclərin əlillər günü münasibəti ilə keçirdiyi aksiyasının polis zorakılığı ilı qarşısının alınmasını, aksiya iştirakçılarına qarşı güc tətbiq edilməsini qətiyyətlə pisləyib və bu hərəkətlərin ölkədə sərbəst toplaşma azadlığının pozulmasına qarşı yönələn qeyri qanuni bir hərəkət olduğunu bildirib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama