Modern.az

Deputatın təşəbbüsü ilə əlillərə əlil arabaları verilib

Deputatın təşəbbüsü ilə əlillərə əlil arabaları verilib

5 Dekabr 2011, 17:47

Deputat Sevinc Hüseynova Gədəbəydə əllillərlə görüş keçirib. Deputatın qərargahından Modern.az-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının Gədəbəy təşkilatının dekabrın 3-də leçirilən VII konfransında millət vəkili Sevinc Hüseynova da iştirak edib. Tədbirdə Sevinc Hüseynova çıxış edərək təməli mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi strategiyanın indi Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyini qeyd edib.
Konfrasndan sonra deputat Beynəlxalq Əlillər günü ilə bağlı Gədəbəy rayonun Qoşabulaq, Moruxlu, Gərgər və Kiçik Qaramurad kəndlərində əllillərlə görüş keçirib.
Millət vəkili Sevinc Hüseynovanın təşəbbüsü ilə Gəncliyə Yardım Fondu tərəfindən beş nəfər əlilə əlil arabası verilib. Əlil arabaları fondun vitse-prezidenti Salman Əliyevin iştirakı ilə əlillərə təqdim edilib.
Əlillər isə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama