Modern.az

Abel Məhərrəmov əcnəbilərə BDU-nun maraqlarından danışıb (FOTOLAR)

Abel Məhərrəmov əcnəbilərə BDU-nun maraqlarından danışıb (FOTOLAR)

Təhsil

5 Dekabr 2011, 18:03

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İndoneziya Səfirliyinin Azərbaycandakə müvəqqəti işlər vəkili Agus Trimartononu qəbul edib. Bu barədə Modern.az saytına universitetin mətbuat xidmətindən məlumat verilib.

Keçən il İndoneziyada Azərbaycan səfirliyin açıldığını xatırladan və beynəlxalq forumlarda Azərbaycanın İndoneziyaya böyük dəstək verdiyini deyən qonaq bildirib ki, Azərbaycanla İndoneziyanın siyasi-iqtisadi, mədəni əlaqələrini elm-təhsil sahəsində də inkişaf etdirməlidir.

A.Məhərrəmov Uzaq Şərqin ən böyük müsəlman ölkələrindən biri olan İndoneziya universitetləri  ilə  əməkdaşlığa hazır olduqlarını, həmçinin İndoneziya dili üzrə mütəxəssis hazırlamaqda maraqlı olduqlarını deyib.

Bu gün eyni zamanda Dövlət Universitetində Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun sədri, akademik Abel Məhərrəmovun və dostluq qrupunun üzvləri, Hadı Rəcəbli, Aslan Cəfərov, İmamverdi İsmayılov, Flora Qasımova, Eldar Quliyev, Əli Məsimlinin Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe ilə görüşüb.

A.Məhərrəmov Prezident İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini deyib. Bu siyasətin  həm Qərbə, həm də Şərqə inteqrasiya olduğunu deyən rektor 2000-ci ildən BDU-da yapon dilinin tədris edildiyini və bu zamana qədər universiteti bu ixtisas üzrə 69 məzunun bitirdiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Abel Məhərrəmov həmçinin Yaponiyada elmin, texnologiyanın sürətlə inkişaf etdiyini vurğulayıb və Bakı Dövlət Universiteti olaraq Yaponiya elminə böyük önəm verdiklərini deyib.

O da məlum olub ki, bu il dövlət praqramı çərçivəsində bir necə tələbənin Yaponiyaya elmi mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.





Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama