Modern.az

“Azərsu” Bakı küçələrini gölməçələrdən xilas edəcək (FOTOLAR)

“Azərsu” Bakı küçələrini gölməçələrdən xilas edəcək (FOTOLAR)

6 Dekabr 2011, 15:19

“Azərsu” Acıq Səhmdar Cəmiyyəti yağış sularının toplanaraq axıdılması məqsədilə genişmiqyaslı işlərə başlayıb. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ilkin mərhələdə yağış sularının gölməçələr yaradaraq hərəkətə mane olduğu küçə və prospektlərdə yağış barmaqlıqlarının tikintisi aparılır. Artıq paytaxtın 69 nöqtəsində tikinti quraşdırma işləri həyata keçirilir. Eyni zamanda Bakıda drenaj sistemlərinin yaradılması və yağış barmaqlıqlarının bütün küçə və prospektləri əhatə etməsi üçün layihələndirmə işləri aparılır. “Azərsu” ASC-nin Sukanal Elmi Tədqiqat Layihə instutunda layihə və smeta sənədləri hazırlandıqdan sonra tikinti işlərinə başlanılacaq.

Qeyd edək, hazırda Bakıda küçə və prospektlərin cəmi 10 faizində yağış barmaqlıqları mövcuddur və bunlar əsasən şəhərin mərkəzi hissəsini əhatə edir.  “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ətraf qəsəbələrdə kanalizasiya şəbəkələri qurularkən yağış sularının toplanaraq axıdılması üçün drenaj sisteminin yaradılması nəzərdə tutulur.

                     



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama