Modern.az

Zahid Oruc: “Azərbaycan da İranın təhdidləri əleyhinə televiziya aça bilər”

Zahid Oruc: “Azərbaycan da İranın təhdidləri əleyhinə televiziya aça bilər”

6 Dekabr 2011, 15:45

“Gələcək dönəmdə İranın informasiya təhdidləri, təxribatları Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq əkseffekt verəcək”.
Millət vəkili Zahid Oruc bu fikirdədir. Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycanda da İrana qarşı eyni televiziya və eyni informasiya vasitəsi meydana çıxacaq.
“Bu, İrana qarşı təbliğata elə ciddi əsaslarla söykənər ki, həmin ölkə dünyadakı mövcud durumundan daha çox ziyan çəkər. Azərbaycanın resursları İranın dünyada yürütdüyü siyasi arqumentlərdən daha böyükdür”.

Millət vəkili deyir ki, antiİran televiziyasının açılması və “Səhər” kanalına bənzər axşam kanalı səviyyəsində İrana qarşı təbliğat getməsi İranın döyük itkilər verməsinə səbəb ola bilər. Bunun səbəbi isə İranın qapalı rejimi ilə bağlıdır.
“İnformasiya kütləsinin qapalılığını sındırmaq İranın gücünü aşağılamaq deməkdir”.

Z.Orucun sözlərinə görə, Azərbaycanda bu təbliğat yalnız siyasi dairələri qıcaqlandırmağa səbəb olur.

Millət vəkili qeyd edib ki, İran telekanalı kirill əlifbası ilə antiAzərbaycan təbliğatı aparır.
“Onlar səhərdən axşama qədər kiril əlifbalı yazılarla  antitəbliğat aparırlar. Xeyir ola, hamı kiril əlifbasından imtina edib, bunlar saxlayıblar?”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama