Modern.az

BDU-da “MDB: İnnovasiyalarda tərəfdaşlıq” adlı beynəlxalq konfrans keçirilir

BDU-da “MDB: İnnovasiyalarda tərəfdaşlıq” adlı beynəlxalq konfrans keçirilir

7 Dekabr 2011, 18:40

Bu gün Bakı Dövlət Universitetində “MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans (Road Show) öz işinə başlayıb. Bu barədə Modern.az saytına BDU-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, konfransın təşkilatçıları – MDB-nin Nano texnologiyaları üzrə beynəlxalq İnnovasiya Mərkəzi, Birləşmiş Nüvə Araşdırmaları İnstitutu və Bakı Dövlət Universitetidir. Tədbir MDB-yə üzv dövlətlərin humanitar əməkdaşlığı üzrə Beynəlxalq Fondun təşkilati dəstəyi ilə yerinə yetiriləcək. Konfransın operatoru İnsiders kommunikasiya şirkətlər qrupudur.

İki gün davam edəcək konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq “MDB məkanında innovasiya və nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzusunda məruzə edib. Respublikamızda nanotexnologiyaların inkişafında BDU-nun rolundan bəhs edərək A.Məhərrəmov bildirib ki,  2005-ci ildə BDU-da Nano Araşdırmalar Mərkəzinin açılıb.

Sonra MDB-nin Nanotexnologiyaları üzrə beynəlxalq İnnovasiya Mərkəzinin direktoru A.Ruzayev, Rossotrudnichestvo” təşkilatının Azərbaycan üzrə təmsilçisi E.Şeyxov,  “Rusiyanın vençur şirkəti”nin Kommunikasiya və İnkişaf Departamentinin başçısı  Y.Kuznetsov, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin direktoru Fərman Qasımov və başqaları çıxış edərək konfransın əhəmiyyətindən, bu sahənin daha da inkişafına verəcəyi töhfələrdən bəhs ediblər.

Plenar iclasdan sonra konfrans öz işini 4 bölmə üzrə davam etdirib.  

Konfransın əsas məqsədi gənclərin yeniliklərə sürətlə uyğunlaşma qabiliyyətini stimullaşdırmaq, innovasiyaların MDB-yə inteqrasiyasını hərəkətləndirmək,  bu sahədə əməkdaşlığı inkişaf etdirmək, innovasiya şirkətlərini və layihələrini MDB-yə cəlb etməkdir.   

Sonda Bakı Dövlət Universiteti ilə “İnsiders” Kommunikasiya qrupu arasında  BDU-nun nəzdində Texnoparkın yaradılması üzrə layihənin birgə reallaşdırılmasına dair Memorandum imzalanıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama