Modern.az

Bakıda 8000 şagirdin iştirakıyla bilik yarışı keçiriləcək

Bakıda 8000 şagirdin iştirakıyla bilik yarışı keçiriləcək

8 Dekabr 2011, 11:40

Dekabrın 11-də saat 10:00-da Bakıda bilik yarışının şəhər mərhələsinin birinci turu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bilik yarışının sözügedən turunda təxminən 8000-ə yaxın şagirdin iştirakı gözlənilir. İştirakçılara 3 saat vaxt veriləcək.  Bu turda Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, biologiya, coğrafiya, xarici dil fənləri üzrə VII - XI, fizika fənni üzrə VIII - XI, kimya fənni üzrə IX - XI, informatika fənni üzrə isə X - XI sinif şagirdləri iştirak edə biləcəklər. 
Bilik yarışı 11 rayon üzrə 13 məktəbdə təşkil ediləcək. Həmin mərkəzlər isə Yasamal rayonu üzrə 20, Nəsimi rayonu üzrə 152,  Nizami rayonu üzrə 220, Suraxanı rayonu üzrə 278,  Sabunçu rayonu üzrə 309, Səbail rayonu üzrə 160, Nərimanov rayonu üzrə  258,  Xəzər rayonu üzrə 181,  Binəqədi rayonu üzrə 3 və 276,  Qaradağ rayonu üzrə 288, Xətai rayonu üzrə isə 95 və  138 saylı orta məktəblərdir.
Qeyd edək ki, bu turda qalib gələn şagirdlər yanvarın 8–də keçiriləcək ikinci tura vəsiqə qazanacaqlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama