Modern.az

Məşhur filmin rejissoru Putinin seçki qərargahına rəhbərlik edəcək

Məşhur filmin rejissoru Putinin seçki qərargahına rəhbərlik edəcək

8 Dekabr 2011, 12:52

Rusiyanın baş naziri Vladimir Putin özünün seçki qərargahına rəhbərlik etmək üçün məşhur kinorejissor Stanislav Qovoruxinin namizədliyini təklif edib.
Modern.az  Rus KİV-lərinə istinadən bildirir ki, Putin bu barədə “Ümumrusiya Xalq Cəbhəsinin” Koordinasiya Şurasının iclasında səsləndirib. Baş nazir bildirib ki, o, prezident seçkilərin ilə bağlı qərargahını Xalq Cəbhəsinin bazasında yaratmaq niyyətindədir. Qovoruxin öz növbəsində bildirib ki, bu təklif onun üçün böyük şərəfdir və “bütün varlığı ilə bu layihəni” qəbul edir.

Xatırldaq ki, Putinin üçüncü dəfə prezidentliyə namizədliyini bir ay əvvəl S. Qovoruxin irəli sürüb. Putin artıq namizəd olmaq üçün sənədlərini MSK-ya təqdim edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama