“Suriya prezidenti ya tamam reallıq hissini, ya da ağlını itirib”. Bu sözləri ABŞ Dövlət Departamentinin brifinqində qurumun rəsmi sözçüsü Mark Toner deyib. Modern.az bildirir ki, Bəşər Əsəd ABC telekanalına müsahibəsində bildirib ki, güc strukturlarına silah işlətmək barədə əmr verməyib.
“Biz öz insanlarımızı öldürmürük. Dünyada heç bir hökümət öz insanlarını öldürmür. Əgər hakimiyyətdə oturan dəli deyilsə...”-deyə Əsəd müsahibə zamanı vurğulayıb.
“Suriyada baş verən bu hadisələrdən sonra Əsədin belə danışması onun sadəcə realıq hissinin və yaxud başının xarab olduğunun göstəricisidir.”-deyə Toner bildirib.