Modern.az

Ombudsman özünün əfv siyahısını Prezidentə təqdim edb

Ombudsman özünün əfv siyahısını Prezidentə təqdim edb

13 Dekabr 2011, 12:15

Ombudsman Elmira Süleymanova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə özünün məqbul bildiyi əfv siyahısını Prezident İlham Əliyevə təqdim edib.  
Jurnalistlərə açıqlamasında E.Süleymanova deyib ki, onun siyahısında 80-dək məhkumun adı var. Ombudsmanın sözlərinə görə, əfv fərmanı imzalanan zaman ahıllar, xəstələr, qadınlar, yeniyetmələr, jurnalistlərin azadlığa buraxılmasını istəyib.

Dekabrın sonunda Prezident İlham Əliyevin növbəti əfv fərmanı və ya sərəncamı verəcəyi gözlənilir. Bu baş versə, onda 50-ci əfv olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama