Modern.az

Milli Məclis İsmayıllı və Kəpəz rayonlarının inzibati ərazi bölgüsündə dəyişiklik edib

Milli Məclis İsmayıllı və Kəpəz rayonlarının inzibati ərazi bölgüsündə dəyişiklik edib

13 Dekabr 2011, 12:43

Bu gün Milli Məclisin növbəti iclası keçirilir. Modern.az saytının məlumatına görə, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

Toplantıda “Azərbaycan Respublikası hökuməti və Kolumbiya Respublikası hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında”, “Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında sərmayələrin təşviq və qarşılıqlı qorunması haqqında” və “Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” dövlətlərarası sazişlərin layihəsi müzakirələrdən sonra təsdiq olunub.

İclasda həmçinin, “Azərbaycan Respublikası 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də də dəyişiklik edilib.

Dəyişikliyə əsasən məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin şəxsə Azərbaycanın hüdudlarından kənara getmək üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir.

Milli Məclis İsmayıllı, Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən, Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişiklik edib.

Dəyişiklik barədə danışan Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, İsmayıllı rayonun Mican kənti inzibati ərazi dairəsinin yaradıldığını və onun tərkibindəki Mican, Qəncli, İsmayılı kəndlərinin ləğv edildiyini söyləib.

Gəncə şəhərinin Kəpəz rayonun ərazi bölgüsünə də qismən dəyişiklik edilib. A.Rəhimzadənin sözlərinə görə, rayonda yeni salınmış yaşayış mətəqələrinə adlar verilib. Cavadxan, Məhsəti, Nətəvan, Sazımlı və Şıxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusu verilib. Və həmin qəsəbələr Azərbaycan Respublikası ərazi vahidlərinin dövlət reysterinə daxil edilib.   

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama