Milli Məclisin dekabrın 13-də keçirilən iclasında deputat Fəzail Ağamalı qanunvericiliklə bağlı təklif irəli sürüb. O, bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın şəxsiyyət vəsiqələrində problemlər var.
“Belə ki, həmin şəxslərə verilən şəxsiyyət vəsiqələrdə yer adları tam olaraq göstərilməyib. Bu sənədlər ya kənd adı, ya da rayonun adı yazılıb. Təklif edirəm ki, Ermənistandan deportasiya olunan soydaşlarımızın şəxsiyyət vəsiqlərində yer adları tam yazılsın. Məsələn Ararat rayonunun filan kəndi. Yəni rayonun da, kəndin də adı tam yazılsın. Ermənistan həmin yer adlarını erməniləşdirir. Ona görə də hesab edirəm ki, Ermənistandan deportasiya olunan vətəndaşların şəxsiyyət vəsiqələrində yer adları təmiz yazılmalıdı ki, bizim üçün gələcəkdə çətinlik yaranmasın. Bu, gələcəkdə münaqişə tərəfi kimi Azərbaycanın xeyrinə ola bilər”.
Modern.az