Modern.az

“Eurovision-2012”yə hazırlaşan Bakıda həkimlərə ingilis dili öyrədilir

“Eurovision-2012”yə hazırlaşan Bakıda həkimlərə ingilis dili öyrədilir

15 Dekabr 2011, 17:55

Gələn il “Eurovision-2012” yarışmasına ev sahibliyi edəcək Bakıda müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün müxtəlif hazırlıq işləri həyata keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az- bildirib ki, “Eurovision-2012” ilə əlaqədar ölkəmizə gələcək xarici qonaqlara tibbi xidmətin təşkili üçün 145 həkim müəyyənləşib ki, onlar ingilis dili kurslarına cəlb olunub. Onun sözlərinə görə, hazırda təcili tibbi yardım stansiyasından da 14 həkim ingilis dili kurslarına gedir.

S.Əhmədova hazırda hərəsində 60 həkim və tibb bacısının olduğu üç qrup ingilis dili üzrə hazırlaşır.

“Qruplardan biri təlimi qurtarır, o biri başlayır. Ümumiyyətlə, may ayına qədər hər üç qrup tam hazır formaya gətiriləcək. Bununla yanaşı, alman və fransız dillərini bilən bir neçə həkim də var ki, onlar da “Eurovision-2012” ilə əlaqədar fəaliyyət göstərəcəklər. Ümumiyyətlə, ingilis dili təliminə cəlb olunan həkimlərin müəyyən qədər bazaları var, ancaq onlar müəyyən mənada bir az təkmilləşdirmə kursları keçirlər”.

Mətbuat xidmətinin əməkdaşı müsabiqə keçirilən zaman nazirliyin gücləndirilmiş iş rejimində işləyəcəyini vurğulayıb.

Aytən ƏLİYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...