Modern.az

Zakir Qaralov daha iki rayona yeni prokuror təyin edib

Zakir Qaralov daha iki rayona yeni prokuror təyin edib

15 Dekabr 2011, 18:16

Baş prokuror Zakir Qaralov daha iki rayona yeni prokuror təyin edib. Modern.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bildirdiyinə görə, Baş Prokurorluğun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Mirələkbər Seyidov tutduğu vəzifədən azad edilib. Zakir Qaralovun əmri ilə M.Seyidov Ağdaş rayon prokuroru vəzifəsinə təyinat alıb.

Zakir Qaralovun digər əmrilə Qaradağ rayon prokurorunun müavini Fikrət Əsgərov Masallı rayon prokuroru vəzifəsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...