Modern.az

Sinoptiklər sabaha əlverişsiz hava proqnozu veriblər

Sinoptiklər sabaha əlverişsiz hava proqnozu veriblər

19 Dekabr 2011, 12:39

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 

Rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə dekabrın 20-dən 21-dək Abşeron yarımadasında nisbətən sabit və mülayim hava şəraitinin gözlənilməsinə baxmayaraq, atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin və rütubətli havanın üstünlüyü, eyni zamanda tenperatur inversiyasının olması ürək-damar xəstəliyi olan bəzi meteohəssas insanlar üçün əlverişsizdir. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...