Modern.az

Azərbaycan jurnalistlərinin sosial problemləri müzakirə olunub

Azərbaycan jurnalistlərinin sosial problemləri müzakirə olunub

19 Dekabr 2011, 17:17

“Söz  Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası“ dekabrın  16-da Bakı şəhərində  “Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı” mövzusunda  Beynəlxalq Konfrans təşkil edib.  Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş konfransda  dövlət  qurumlarının təmsilçiləri,  Azərbaycanın nüfuzlu kütləvi informasiya vasitələrinin redaktorları, jurnalist təşkilatlarının rəhbərləri, eləcə də,  beynəlxalq və yerli ekspertlər olmaqla  ümumilikdə  58  nəfər iştirak edib. Tam gün ərzində davam edən konfransda Azərbaycan jurnalistlərinin sosial durumu, həmçinin, sosial durumun qorunması və inkişaf etdirilməsi missiyasını daşıyan jurnalistlərin həmkarlar hərəkatının durumu, jurnalist təşkilatları arasında həmrəylik problemləri mövzusunda müzakirələr aparılıb.

““Azərbaycan qanunvericiliyndə minimal əmək standartları, sosial dialoq və tərəfdaşlıq: mövcud vəziyyət, problemlər və yeni çağırışlar” adlı konfransın keçirilməsində əsas məqsəd Azərbaycan mediasında çalışanların sosial problemlərini, həmçinin,  jurnalistlərin müdafiəsini təşkil etməli olan təşkilatlar arasında əməkdaşlıq  məsələlərini  müzakirə etmək,  uyğun qərarlar vermək
idi”-bu sözləri Jurnalsitlərin Həmkarlar İttifaqının sədri, Etik Jurnalistika Təşəbbüsləri –Azərbaycan layihəsinin  koordinatoru Müşfiq Ələsgərli deyib.

“Keçirilmiş konfransın yekunu olaraq, hər kəsin iradəsini ifadə edən və Azərbaycan jurnalistlərinin  sosial durumunu reallıqda olduğu kimi əks etdirən bəyannamə qəbul edildi”- deyə Müşfiq Ələsgərli bildirib.
EJİ-Az layihəsinin koordinatoru əlavə edib ki, Azərbaycanda son illərdə ilk dəfə belə konfrans baş tutub: “Konfransda dövlət  qurumlarının təmsilçiləri, iqtidaryönlü, müstəqil mövqeli və müxalifətyönlü medianın təmsilçiləri, jurnalistlər  bir araya gələrək,  normal diskussuya keçirə bildilər. Bu da bizim ən böyük uğurlarımızdan biri oldu”.

Məlumat üçün bildirək ki, “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans Beynəlxalq Jurnalistlər Federasiyasının “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”  ilə birgə başlatdığı Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan layihəsi çərçivəsində baş tutub.
Koalisiya Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalstlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və Ruh Jurnalistlərin hüquqlarının müdafiəsi Komitəsindən ibarətdir. Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan  layihəsi Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin, həmçinin, İsveçin  LO-TCO təşkilatının dəstəyi ilə həyata keçirilən iki
illik layihədir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...