Azərbaycanda “Milla” brendi çərçivəsində süd və süd məhsullarının istehsalçısı olan AZFP Co. şirkətinin nümayəndələri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Bakı şəhərlərində yerləşən bir sıra Uşaq evlərini ziyarət edib.
“Bu cür xeyriyyə aksiyaların keçirilməsi inkişaf edən Azərbaycanımızda kimsəsiz uşaqların heçdə kimsəsiz olmadığını sübut edir”-deyə şirkətdən bildirilib.
Ziyarət ərəfəsində uşaq evlərinin sakinləri bayram münasibəti ilə təbrik edilib və onlara hədiyyə sovqatı olaraq süd və süd məhsulları verilib.
Modern.az