Modern.az

Əfv sərəncamı icra olunub

Əfv sərəncamı icra olunub

27 Dekabr 2011, 12:29

Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamının icrasına ilk olaraq 6 saylı cəzaçəkmə müəssisəsində başlanılıb. Modern.az saytı xəbər verir ki, ilk olaraq 6 saylı cəzaçəkmə müəssisəsində 7 məhkum əfv edilib. Sərəncamın icrası jurnalsitlərin iştirakı ilə həyata keçirilib. Dekabrın 27-də sərəncamın icrasə başa çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sayca 50-ci əfv sərəncamı 92 məhkumə şamil ediləcək. Bunlardan 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1-i şərti cəzadan, 2 məhkum islah işləri cəzasından, 14-ü isə cərimə cəzasından azad edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal