Modern.az

ANN.Az ingilis dilində yayıma başladı

ANN.Az ingilis dilində yayıma başladı

27 Dekabr 2011, 13:45

Bu ilin mart ayında fəaliyyətə başlayan ANN.Az (Azerbaıjan News Network) portalı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə yeni dil versiyasını işə salıb.

İndiyə qədər yalnız Azərbaycan və rus dillərində yayımlanan portal, bu gündən etibarən həm də ingilis dilində fəaliyyət göstərəcək.

Yeni dil versiyasının işə salınmasında məqsəd Azərbaycanla bağlı informasiyaların daha sürətlə yayılmasına, dünya oxucusuna çatmasına yardım etməkdir.

Qeyd edək ki, ANN.Az üç dildə xəbərlər, araşdırma, müsahibə, reportaj və müəllif yazıları yayımlayır.

Portalda həmçinin multimedianın imkanlarından istifadə olunmaqla, onlayn sərgilər, qısa filmlər yayımlanır, Azərbaycan və dünya ədəbiyyatını əhatə edən elektron kitabxana fəaliyyət göstərir.

Portalın nəzdində bir müddət əvvəl ayrıca üç dildə "Eurovision" saytı da (Eurovision.ANN.Az) istifadəyə verilib.

2012-ci ildə portal oxucularına bir sıra yeni layihələr də təqdim etməyə hazırlaşır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal