Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında attestat qiyməti “5” olanların yalnız 65,12 faizi orta məktəbdəki nəticələrinu təsdiq edib
Modern.az saytının məlumatına görə bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfrasnında deyib. O qeyd edib ki, orta məktəbi “5” qiyməti ilə bitirən məzunlar arasında hətta 0-100 bal toplayanlar da var.
“Bu il orta məktəbi “3” qiyməti ilə bitirən abituriyentlərin 75 faizi isə 0-100 bal arasında nəticə göstərib. Amma bu belə olmamalıdır. “3” qiyməti ilə attestat alanların ən aşağısı 30 faizi bilik nümayiş etdirməlidir. Belə çıxır ki, attestat qiymətləri şişirdilir” deyə Məleykə Abbaszadə əlavə edib.
Sədaqət Süleymanova