Modern.az

DİN Bakıdakı ölümlə nəticələnən kütləvi dava barədə məlumat yayıb

DİN Bakıdakı ölümlə nəticələnən kütləvi dava barədə məlumat yayıb

Təhsil

28 Dekabr 2011, 12:42

Daxili İşlər Nazirliyi dekabrın 27-də Bakıda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 27-də Nərimanov rayonu ərazisində şəhər sakinləri Faiq Məmmədov, qardaşı Natiq və Azər İsmayılov ilə İbrahim Yəhyayev, Elman Hacıbabayev, Orxan Aslanov arasında münaqişə baş verib.

Bu zaman A.İsmayılov bıçaqla, İ.Yəhyayevə və E.Hacıbabayevə sol döş qəfəs nahiyələrindən daxilə nüfüz edən xəsarətlər yetirib. İ.Yəhyayev və E.Hacıbabayev xəstəxanaya yerləşdirilib, İbrahim orada ölüb, Elmanın vəziyyəti isə orta-ağırdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsmayılov tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal