Modern.az

Qazaxıstandakı Azərbaycan diasporu Sarkoziyə məktub göndərib: "...yaxşı fikirləşin.."

Qazaxıstandakı Azərbaycan diasporu Sarkoziyə məktub göndərib: "...yaxşı fikirləşin.."

Təhsil

28 Dekabr 2011, 13:36

Ləman Ağayeva
Astana

Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqı  Fransa parlamentinin  erməni genosidini qəbul etməsi barədə qərarına etiraz edərək yığıncaq keçirib, bəyanat qəbul edib. Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının Prezidenti Vidadi Salahov Modern.az-a deyib ki, azərbaycanlılar və türkin imzaladığl Fransa prezidenti sarkoziyə ünvanlanıb. Məktub elektron variantda Sarkozinin  rəsmi saytına göndərilib. Bəyanatda deyilir:

- Fransa prezident cənab Sarkoziyə

Cənab prezident! Qazaxıstan Azərbaycanlıları İttifaqi nəzərinizə çatdırır ki, Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının 200 min üzvü var. Fransa parlamentinin  qəbul etdiyi “ Erməni Genosidi 1915-ci il”  qanunu -  uzağı görməyi bacarmayan insanların tarixidə olmayan hadisəylə bağlı bir sənədin qəbul edilməsində yanlış mövqe tutmaları  bizi çox narahat edir.  Birinci Dünya müharibəsi Türkiyənin özünü müdafiə etdiyi vaxtlarda Erməni silahlı milliyyətçilərinin Osmanlı İmperiyasının tərkibində,  arxa cəbhədə  törətdikləri qanlı hadisələrindən xəbərdar olmamış  deyilsiniz.  Türklər isə onlar üçün ağır olan  həmin zamanlarda  sərhədlərini qoruyan əsgərlərin bir hissəsini  daxildə silahlı   erməni milliyyətçiləri tərəfindən  törədilən  hadisələri nizama salmaq üçün  ölkənin daxilinə çağırmaq məcburiyyətində qalmışdı. Artıq türk əsgərləri ölkə daxilində köməyə çatınca, erməni silahlı dəstələri türk kəndlərində minlərlə dinc əhalini—qocaları, uşaqları və qadınları  öldürmüşdü.  Eyni insanlığa zidd olan hərəkətləri erməni banditləri eyni vəhşi üsulla 1914-20-ci illərdə Azərbaycanının da ərazisində törətmişdilər. Azərbaycanın ən yeni tarixində ötən əsrin 90-cı ilində, 1992-ci ildə Xocalıda və başqa  yaşayış  ərazilərində   qanlı hadisələr törədərk  Azərbaycan xalqınıa qarşı misli görünməmiş genosid etdilər.  Hadisələrin xronikasından göründüyü kimi, onlar - yəni erməni daşnakları  əlverişli bir şərait yaranan kimi, yaxın qonşularını öldürür, sonra isə qışqıraraq dünyaya səs salırlar ki, “günahsız” erməniləri öldürürlər.  Erməni tarixini  biz yaxın qonşu və  xalq kimi çox dərindən bilirik. Belə fikirləşirik ki,  Fransa Parlamenti də bunu bilməmiş deyl. Biz belə düşünürük ki, Sizin  rəhbərlik etdiyiniz  ölkə bu əsası olmayan aktı qəbul etməklə beynəlxalq əlaqələrə ciddi ziyan gətirdi. Nəzərinizə çatdırım ki, Azərbaycanlılara qarşı erməni aqressiyalarına dünyanın göz yummasında Sizin Fransanın böyük əməyi var.  Bu mənada Siz həmişə erməniləri dəstəkləyirsniz.  Böyük faciələrdən keçmiş fransız xalqı, əgər müdriklik göstərsəydi,  Türk dünyası xalqlarının  qismində özünə xeyli dost qazanardı. Zaman gələcək ki, erməni  milliyyətçilərinin əlinə imkan düşən kimi,  əldəqayırma “erməni tarixi” ilə  özünü Fransada da göstərəcək. Sizə məsləhət görürəm ki,  erməni  saxtakarlığı barədə belə qərarları qəbul etməzdən əvvəl,  zəhmət çəkib əsil sənədləri özündə saxlayan tarixi  arxivləri və sənədləri öyrənəydiniz.

21-ci əsrdə Fransa parlamentinin müdriklikdən və ədalətdən bixəbər olması bizi çox təssüfləndirdi.  Əsl həqiqətdə isə, Siz cənab prezident, dünyada yaşayan 300 milyonlüq türkü  öz xalqınızın düşməninə çevirməklə, xalqınızı  zərbə altına qoydunuz. Əgər Parlamentinizin qərarı qərəzli deyil, obyektiv olsaydı, Biz də Sizə belə bir məktub yazmazdıq.

Yaxşı fikirləşin! Qarşıda bütün bir xalqın əsrlərlə   sülh və dostluq  şəraitində yaşaması labüdlüyü  dayanır. Bu gün Sizin gözünüz qarşısında ermənilər  1 milyon azərbaycanlının evini və torpaqlarını zəbt ediblər. ATƏT-in  Həmsədri kimi,  bəlkə erməni banditləri tərəfindn zəbt olunmuş  özgə torpaqlarının və evlərinin qaytarılması barədə ədaləti bir qərar çıxarasınız.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal