Modern.az

Hacıbala Abutalıbovun təşkil etdiyi ucuz yarmarkalar işə başladı - SİYAHI

Hacıbala Abutalıbovun təşkil etdiyi ucuz yarmarkalar işə başladı - SİYAHI

Təhsil

28 Dekabr 2011, 17:24

Modern.az xəbər verir ki, Yeni il bayramının yaxınlaşması ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə 28-31 dekabr 2011-ci il tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edilir. Yeni il bayramı ilə əlaqədar təşkil edilən satış yarmarkaları bu gündən fəaliyyətə başlayıb.

Bu gündən etibarən fəaliyyətə başlamış yarmarkaların ünvanları:

Binəqədi rayonu

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyin həyəti;

- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə;

Xətai rayonu

- Bakı kinoteatırının yanı;

- Məhəmməd Hadi küçəsi, Əhmədli metrosunun çıxışı;

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;

- Keşlə bazarının ərazisi;

Nəsimi rayonu

- "Təzə bazar"ın ərazisi;

- 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi;

Nizami rayonu

- "8-ci km" bazarının ərazisi;

- Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryol vağzalının yanı;

Səbail rayonu

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;

- Qaraçuxur qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;

Yasamal rayonu

- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal