Dekabrın 26-da axşam saatlarında (təqribən saat 19:30-dan 20:10-dək) "Yeni Azərbaycan" qəzetinin saytına hücum edilib, saytda yerləşdirilmiş yazı və məqalələr qarışdırmaya məruz qalıb. Bu barədə Modern.az saytına qəzetin redaksiyasından məlumat verilib.
Bildirilib ki, saytı dağıtmağa cəhd göstərən haker saytın səhifələrinə ingilis dilində «bu sayt XHat tərəfindən dağıdılmışdır» cümləsini yazıb. Saytın mütəxəssislərinin səyi nəticəsində hücumun qarşısı dərhal alınıb, lazımi tədbirlər görülüb.
Sonradan aparılmış araşdırmalar nəticəsində məlum olub ki, sayta hücum İran hakerləri tərəfindən həyata keçirilib. Təsdiqlənib ki, sayta hücum edən 46.225.104.224 nömrəli İP İran İslam Respublikasına aiddir.