Modern.az

İnsan inkişafı indeksinə görə Azərbaycanın dünyadakı yeri səhv göstərilibmiş

İnsan inkişafı indeksinə görə Azərbaycanın dünyadakı yeri səhv göstərilibmiş

Təhsil

29 Dekabr 2011, 13:32

Cari il noyabrın 2-də BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən “İnsan İnkişafı Hesabatı 2011” açıqlanıb. Yayılan  məlumatda İnsan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilib.

Modern.az saytının məlumatına görə, Dövlət Statistika Komitəsində bu məlumatın düzgünlüyünə şübhə ilə yanaşaraq kompleks təhlil aparıblar. Komitə “İnsan İnkişafı Hesabatı 2011”-in müəlliflərinə, BMT-nin, YUNESKO-nun Statistika İnstitutunun ekspertlərinə rəsmi müraciət göndərib və məsələnin araşdırılması xahiş olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iki aya yaxın bu sahədə aparılan təkidli yazışmalar nəticəsində BMT-nin İnkişaf Proqramı (UNDP) öz səhvini etiraf edib.
Səhv “təhsilin orta müddəti” göstəricisinin 11.1 il əvəzinə UNDP tərəfindən yanlış olaraq 8.6 il kimi nəzərə alınması ilə bağlı olub. UNDP-nin “İnsan İnkişafı Hesabatı 2011”-in tərtbinə məsul şəxs Milorad Kovaçeviç baş verən anlaşılmazlığa görə təəssüfləndiyini bildirməklə yanaşı, Dövlət Statistika Komitəsinə rəsmi olaraq bəyan edib ki, bu xəta UNDP tərəfindən aradan qaldırılıb. Nəticədə, dünya ölkələrinin sıralamasında (renkinqində) Azərbaycanın yeni mövqeyi 76-cı pillədədir. 

Həmin hesabatda “Adambaşına Ümumi Milli Gəlir” göstəricisi üzrə tərtib edilən renkinqdə isə ölkəmiz 81-ci yerdədir. Beləliklə, Azərbaycan mühüm əhəmiyyət kəsb edən başqa bir göstəriciyə görə də öz əvvəlki müsbət mövqeyini qoruyub saxlayıb - “İnsan İnkişafı İndeksi” üzrə renkinqdəki yerimiz (76) “Adambaşına Ümumi Milli Gəlir” göstəricisi üzrə yerimizi (81) 5 pillə qabaqlayıb. Ümumdünya praktikasına görə isə bu, Azərbaycan iqtisadiyyatının insan inkişafı məqsədlərinə kifayət qədər yaxşı istiqamətləndirilməsinin göstəricisidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal