Dekabrın 28-də İctimai Palata (İP) Müsavat Partiyasının qərargahında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirdib. Tədbirdə İP üzvləri və rəhbərləri, deputatlar, QHT rəhbərləri və media nümayəndələri iştirak ediblər. Həmçinin İP-nın üzvu olmayan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Umid Partiyasının sədri İqbal Ağazadə də iştrak edib.
Bəzi məlumatlara görə yaxın vaxtlarda Sərdar Cəlaloğlu və İqbal Ağazadənin İP Kordinasiya Şurasında təmsil olunacaqları gözlənilir. Modern.az məsələ ilə bağlı İP Kordinasiya Şurasının üzvu Pənah Hüseyndən münasibət öyrənib. Pənah Hüseyn bildirib ki, İP-ya üzvlük fərdidi.
“Həm ADP, həm də Ümid Partiyasından İctimai Palatada üzvlər var. İctimai Palatanın 2012-ci il yanvarın 8-də keçiriləcək sessiyasında Koordinasiya Şurasının yeni tərkibi seçiləcək. Yanvarın 6-sı saat 17-yə kimi namizədlərin irəli sürülməsi elan olunub. Təbii ki, o vaxta qədər Ümid və ADP-nın üzvləri Kordinasiya Şurasına öz namizədliyini irəli sürub qeydə alına və seçkidə iştirak edə bilərlər. Seçkidə kim səs toplayıb seçiləcəksə, həmin şəxslər də Kordinasiya Şurasında fəaliyyət gösdərəcək”.
Pənah Hüseyn bildirib ki, Sərdar Cəlaloğlu və İqbal Ağazadə hələki İP-nın üzvu deyillər.
“Əgər onlar da İctimai Palataya üzv olsalar və Koordinasiya Şurasına namizədliklərini irəli sürüb qeydə alınsalar, seçkidə səs toplaya bilələr”.
Mail Ağaxanov